• $
  • €
  • ₽
  • ₺
  • £

“Baku Bus” sürücüsündən sərnişinlərə hörmətsizlik

“Baku Bus” sürücüsündən sərnişinlərə hörmətsizlik
11.04.2018 14:22
3 nömrəli xətt üzrə hərəkət edən "Bakı Bus” marşrutunun sürücüləri sərnişinlərin avtobusa daxil olması üçün nəzərdə tutulmuş ön qapının ancaq bir layını açır.

Axar.az əməkdaşı xəbər verir ki, artıq bir müddətdir sözügedən xətt üzrə hərəkət edən avtobus sürücüləri bunu təkrarlayır. Bu gün səhər saatlarında isə "Bakı Bus” sürücüsü idarə etdiyi avtobusu Şövkət Məmmədova küçəsində müəyyən edilmiş dayancaqda saxlayaraq sərnişinlərə elan edib ki, bundan sonra ön qapının ancaq bir layı açılacaq.

Həmçinin, daha bir qalmaqal yaşanıb: sürücü kartı və ya kartında vəsaiti olmayan sərnişinlər üçün digər sərnişinlərin ödəniş etməsinə də imkan verməyib və bildirib ki, yalnız öz kartı və kartında vəsaiti olanlar avtobusa buraxılır.

"Bakı Bus” avtobuslarının hərəkət etdiyi marşrut xətti üzrə əsasən alternativ xətlər olmadığından və tam monopoliyada olduğundan, sərnişinlərin düşdüyü vəziyyəti və narazılığı təsəvvür etmək çəıtin deyil.

Sərnişinlər narazılıq etsə də, sürücü bundan sonra qaydanın belə olacağını bildirib və elan edib ki, etirazı olan avtobusa minməsin.

İctimai nəqliyyatda yaranmış bu problemlə əlaqədar Bakı Nəqliyyat Agetliyinin mətbuat katibi Mais Ağayev Axar-a açıqlamasında bildirib ki, məsələ mütləq şəkildə araşdırılacaq. Onun sözlərinə görə, heç bir sürücünün dayanacaqda qapıların bir layını açmağa ixtiyarı yoxdur:

"Sürücü sərnişinlərin avtobusa rahat minib-düsməsi üçün nəqliyyat vasitəsininin qapılarını heç bir halda yarımçıq aça bilməz. Qapılar tam açılmalıdır”.

Kart məsələsinə gəlincə isə mətbuat katibi bildirib ki, ictimai nıqliyyatdan istifadə edən hər kəs kart alsa, daha yaxşı olar:

"Amma yoxdursa, bir şərnişin kartsız sərnişin üçün ödəniş edirsə, burda heç bir qəbahət yoxdur. Heç bir sürücü də bunu qadağan edə bilməz. Sadəcə, bir vətəndaşda kart olmadıqda sıxlıq vaxtı qarışıqlıq yaranır, həmin kartsz şərnişin sıxlıq zamanı kimdənsə onu keçirməsini xahiş edir. Yəqin ki, bütün bunların qarşısını almaq üçün sürücü belə bir addım atıb. Ancaq istənilən halda sərnişinlərin rahatlığı bizim üçün vacibdir və buna süni əngəl yaradılması qəbuledilməzdir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol