Həkim: Peyvəndlə bağlı informasiyalara inanmayın

Allergik xəstəliklərin yaranmasına daha çox ətraf mühit, qida məhsulları, iqlim dəyişiklikləri səbəb olur.
Anews.az xəbər verir ki, bunu pediatr-allerqoloq, professor Amaliya Əyyubova bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ona ünvanlanan müraciətlərin çoxu allergiyalı olan körpələrə peyvəndin vurulub-vurulmaması ilə bağlıdır.
Pediatr-allerqoloq qeyd edib ki, belə olduğu halda allergiyalı körpələrə peyvənd vurmaq olar:
"Buna görə narahat olmağa əsas yoxdur. Peyvəndin zərərləri haqqında əsassız məlumatlar yayılır. Əgər körpələr peyvənd olunacaqsa, buna iki həftə əvvəldən hazır olmalıdırlar. Valideynlərə müraciət etmək istəyirəm ki, yayılan yalnış informasiyalara inanmasınlar”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























