• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Quli”nin yaxın adamını öldürənlər sərbəst buraxıldı

“Lotu Quli”nin yaxın adamını öldürənlər sərbəst buraxıldı
13.04.2018 22:39
8 apreldə Türkiyənin Antalya şəhərinin Kəmər qəsəbəsində baş verən, Rusiya və Türkiyənin gündəmini zəbt edən cinayət barədə detallar üzə çıxıb.
"Qafqazinfo” xəbər verir ki, həmin gün Arslanbucaq məhəlləsində bir nəfər öldürülmüş, bir gənc isə yaralanmışdı.

Hadisədən sonra əraziyə cəlb edilən polislər onların üstündən saxta şəxsiyyət vəsiqəsi aşkarlamışdı. Aparılan araşdırmalar zamanı həmin şəxslərin əslində gürcü kriminal avtoritet "Giya” ləqəbli Qayoz Zviadadze Lonqinozoviç və mühafizəçisi Giqa Qiorkelidze olduğu müəyyənləşib.


Məlumata görə, onlar villalarına yaxınlaşan zaman naməlum şəxslər "Giya” və mühafizəçisini atəşə tutublar. Başından vurulan Qayoz Zviadadze yerindəcə ölüb. 27 yaşlı mühafizəçi isə ayağından yaralanıb.

Cinayətkarlar hadisə yerindən qaçaraq istifadə etdikləri avtomobili boş ərazidə tərk ediblər. Lakin, bu da cinayətkarların polislərdən qaçmağına mane olmayıb.Həmin atvomobilin kirayə götürüldüyü, nömrənin isə saxta olduğu dəqiqləşdirilib. 

Polislər izləri təqib edərək onların yerini müəyyənləşdirib. Keçirilən əməliyyat nəticəsində rus, gürcü və erməni əsilli olduğu bildirilən 6 nəfər – A.Ruslan (54), G.David (55), P.Giqa (27), K.David (32), M.Akaki (32) və J.Arman saxlanılıb.

Cinayətin Rusiyanın Rostov vilayətinə nəzarət uğrunda baş verdiyi bildirilir. Ehtimallara görə, Giyanın qətli onun ən böyük rəqibi Nodar Rustavski kimi tanınan Nodar Asoyan tərəfindən sifariş edilib. Məlumata görə, Giya 4 ay öncə Nodar qarşısında güc toplamaq məqsədilə Türkiyəyə gəlib və bu istiqamətdə gizli fəaliyyət görməyə başlayıb. Onun Türkiyədə ən böyük dəstəkçisi isə "Lotu Quli” olub. Hətta yanvarda keçirilən oğru yığıncağını (sxodka) da məhz onun idarə edib.

Məlumat üçün bildirək ki, 60 yaşlı Qayoz Zviadadze Gürcüstanın Kutaisi şəhərində doğulub. Onu Rusiyada Giya Kuaiski kimi də tanıyırlar. İlk dəfə 20 yaşında həbsxanaya girən kriminal avtoritet ömrünün 21 ilini həbsxanada keçirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol