• $
  • €
  • ₽
  • ₺
  • £

Sınaq imtahanının nəticələri açıqlandı

Sınaq imtahanının nəticələri açıqlandı
17.04.2018 17:28
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 15-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 17-də saat 14:40-dan etibarən elan edib.

DİM-dən Trend-ə verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin bütün mobil operatorlar vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 23124 abituriyentdən 264 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 2 abituriyent imtahandan xaric olunub.

Qeyd edək ki, aprelin 29-da keçiriləcək növbəti sınaq imtahanlarına yazılış davam edir.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol