• $
  • €
  • ₽
  • ₺
  • £

Konstitusiya Məhkəməsinin seçki ilə bağlı iclası keçirilir

Konstitusiya Məhkəməsinin seçki ilə bağlı iclası keçirilir
17.04.2018 15:14
2018-ci il 11 aprel tarixində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.
 
AzVision.az xəbər verir ki, iclasda məruzəçi hakimlərin, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun, Dövlət Statistika Komitəsinin əməkdaşlarının çıxışları dinləniləcək. Daha sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək nəticələri açıqlayacaq.

Xatırladaq ki, 15 aprel tarixində Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinə yekun vurub. 11 aprel tarixində keçirilmiş növbədənkənar prezident seçkilərinin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 faiz (3 milyon 397 min 664) səs toplayaraq seçkilərdə qələbə qazanıb.

Digər namizədlər - Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc isə 3,12% səs toplayıb.

Qeyd edək ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol