FHN dağda köməksiz qalan 2 nəfəri xilas edib

Aprelin 17-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qazax rayonu, Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağında 2 nəfər köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yerin çətinkeçilən qayalıq ərazi və sutkanın qaranlıq vaxtı (gecə saatları) olduğunu nəzərə alaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub. Bir neçə saat davam edən axtarış işləri nəticəsində hər iki vətəndaşın yeri müəyyən olunub. Xilasedicilər köməksiz vəziyyəydə qalmış 1997-ci il təvəllüdlü Mirzəyev Qasım İbrahim oğlu və 1999-cu il təvəllüdlü Qocayev Cəfər Arzu oğlu ilə müvafiq psixoloji söhbətlər aparmış, daha sonra ikisi də, təxminən 150 metr hündürlükdən endirilərək hadisə yerində olan həkim briqadasına təhvil verilib.
Əməliyyat uğurla başa çatıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























