İradə İsak Lider TV-dən getdi

Aparıcı İradə İsak Lider TV-dən gedib.
Axşam.az xəbər verir ki, o, bir müddətdir "Ümidlə gəl” adlı verilişində görünmür.
Əldə etdiyimiz məlumata görə, İ.İsakın layihənin rəhbəri Hacı Quliyevlə arasında söz-söhbət olub. Buna görə də o, proqramı qoyub və gedib. Layihə rəhbəri verilişi özü tək aparmağa başlayıb.
Qeyd edək ki, sosial mövzuların müzakirə edildiyi "Ümidlə gəl” həftə içi beş gün efirə gedir.
İ.İsak bundan əvvəl ATV, ANS-də çalışıb. O, uzun fasilədən sonra ikinci dəfə Lider TV-də işə başlamışdı. Onun bundan əvvəl sözügedən kanalda "Tor" adlı proqramı yayımlanırdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























