• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlər üçün ixtisasartırma təlimlərinə start verilir

Müəllimlər üçün ixtisasartırma təlimlərinə start verilir
28.05.2020 22:08
Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinə start verilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçiriləcək növbəti təlimlər 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlər üçün nəzərdə tutulur. İlk təlim 27 aprel və 1-5 may tarixlərini əhatə edəcək.

İxtisasartırma təlimlərinin təşkil olunmasında əsas məqsəd uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

Təlimlər zamanı müəllimlərə nəzəri biliklər veriləcək və onlarda praktiki bacarıqlar formalaşdırılacaq.

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinin mərhələli şəkildə növbəti tədris ilinədək davam etdirilməsi nəzərdə tutulur.

Təlimləri uğurla başa vuran müəllimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol