Azərbaycanda abortların sayı açıqlanıb

2017-ci ildə ümumrespublika üzrə 37618 abort icra olunub.
Anews.az xəbər verir ki, bunu baş mama-ginekoloq Sevinc Məmmədova deyib.
Bildirib ki, abort etdirən yaş qrupunu daha çox 18-25 yaş arası xanımlar təşkil edir:
"Respublika üzrə abortdan sonra heç bir fəsadlaşma və ana ölümü halı qeydə alınmayıb. Həmin abortlar da sənədlərlə rəsmiləşdirilib və hər bir hamilə xanımın adına kartlar açılıb. Bu haqda məlumatlar isə rəsmi statistikamızda qeydə alınıb”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























