• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobillərə pərdələrin vurulacağı vaxt açıqlandı

Avtomobillərə pərdələrin vurulacağı vaxt açıqlandı
20.04.2018 08:50
Mayın 1-dən etibarən avtomobillərin arxa yan şüşələrinə jalüz pərdələrin vurulmasına icazə veriləcək, , bunu oxu.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, ölkədə isti hava şəraitinin keçməsi ilə əlaqədar qəbul edilmiş standartlar üzrə mayın 1-dən noyabrın 15-dək yüngül minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, avtomobillərin arxa qapılarının şüşələrinə) sənaye üsulu ilə hazırlanmış jalüzlər (pərdələr) çəkilməsinə icazə veriləcək.

DYP rəsmisi qeyd edib ki, avtomobilin ön şüşəsinə, qabaq və arxa yan şüşələrinə hər hansı plyonkanın çəkilməsi qadağandır:


"Sürücü üçün görünüşü təmin edən şüşələrin işıq buraxma qabiliyyəti bu hədlərdən aşağı olmamalıdır: küləyə qarşı şüşə (alın şüşəsi) üçün 75%; sürücünün sağındakı və solundakı şüşələr (qabaq qapının şüşələri) üçün 70%; digər yan şüşələr (avtomobillərin arxa qapılarının şüşələri) üçün 60%. Arxa şüşənin işıq buraxma qabiliyyəti normallaşdırılmır”.

V.Əsədov əlavə olaraq bildirib ki, bu qaydalara məhəl qoymayan sürücülər inzibati məsuliyyətə cəlb olunacaq:

"Bütün hərəkətlər yol-hərəkəti qanununa əsasən tənzimlənir. Yol-hərəkəti qanununun tələbinə əsasən, istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə görünüşün məhdudlaşdırılması, şəffaflığı korlayan pərdələrin, plyonkaların quraşdırılaraq istifadə edilməsi yolverilməzdir və bunu edənlər inzibati məsuliyyətə cəlb edilir.

Standartların tələbinə uyğun olaraq buqələmun rəngli və yaxud güzgü tipli şüşələrin avtomobillərə quraşdırılaraq istismar edilməsi inzibatı xəta tərkibi yaradır. Bu müddət ərzində tələblər üzrə nəqliyyat vasitələrində bu göstəricilər nəzərə alınmasa, sürücülər 150 manat məbləğində cərimə olunacaq”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol