Ziya Məmmədov pullarını ölkədən çıxarır

Türkiyədə Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən "Global Media” şirkəti yaradılıb.
Qəzet yazır ki, bu suala birmənalı cavab vermək o qədər də asan deyil. Bilinən odur ki, Elnur Abdullayevlə Ziya Məmmədovu qohumluq əlaqələri bağlayır.
Məlumatlara görə, Elnur Abdullayev sabiq nazirin baldızı oğludur. Onu vəzifə pillələrinə qaldıran da Ziya Məmmədov olub. Nəqliyyat Nazirliyinin tabeliyindəki müxtəlif qurumlarda çalışmış Elnur Abdullayev yaxın qohumunun himayəçiliyi ilə qısa zamanda irəli çəkilib. Nəqliyyat Nazirliyi Rabitə Naziliyinə birləşdiriləndən sonra Ziya Məmmədov postunu itirsə də, Elnur Abdullayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi vəzifəsində qalırdı. DANX tabeliyində isə "Bakı Sərnişin Nəqliyyatı” MMC, "Avtomobil yük daşımalarının təşkili” MMC, "1 saylı Gəncə Regional Nəqliyyat” MMC, "2 saylı Quba Regional Nəqliyyat” MMC, "3 saylı Şirvan Regional Nəqliyyat” MMC, "4 saylı Lənkəran Regional Nəqliyyat” MMC, "5 saylı Yevlax Regional Nəqliyyat” MMC, "6 saylı Şəki Regional Nəqliyyat” MMC, "7 saylı Göyçay Regional Nəqliyyat” MMC, "8 saylı Sumqayıt Regional Nəqliyyat” MMC, "9 saylı Ucar Regional Nəqliyyat” MMC, "10 saylı Şəmkir Regional Nəqliyyat” MMC, "11 saylı Tovuz Regional Nəqliyyat” MMC, "12 saylı Beyləqan Regional Nəqliyyat” MMC, "13 saylı Cəlilabad Regional Nəqliyyat” MMC, "14 saylı Şamaxı Regional Nəqliyyat” MMC, "15 saylı Mingəçevir Regional Nəqliyyat” MMC, "Nəqliyyatservis” MMC, Tədris-Kurs Kombinatı və Respublika Texniki İdman Klubu vardı. Bundan başqa, paytaxtda fəaliyyət göstərən taksi şirkətlərindən birinin Elnur Abdullayevə məxsus olduğu haqda məlumatlar vardı. Həmin şirkətdəki taksilər əslində Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu və şirkətin idarə edilməsi, maliyyə hesabatlarına nəzarəti Elnur Abdullayevin həyata keçirdiyi bildirilirdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























