• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Şirəliyevin nazir ikən verdiyi — SON ƏMR

Oqtay Şirəliyevin nazir ikən verdiyi — SON ƏMR
22.04.2018 09:52
Səhiyyə naziri səlahiyyətlərini icra etdiyi müddətdə Oqtay Şirəliyev "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nı təsdiq edib.

Anews.az-ın Trend-ə istinadən məlumatına görə, O.Şirəliyevin bununla bağlı verdiyi əmrə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların informasiya modulu vasitəsi ilə "ASAN ödəniş" sisteminə daxil edilməsi təmin ediləcək.

Əmrdə qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 210, 225.1, 428.4, 428.4-1 və 452-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Hüquq və daxili nəzarət sektorunun müdiri baxacaq.

Məcəllənin 211, 212.2 (inzibati icraata Səhiyyə Nazirliyi tərəfindən başlandığı halda), 216, 217, 218, 219, 220 və 265-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, onun müavinləri, yerli bölmələrin direktoru və müavinləri, Məcəllənin 213.0.1 və 2 13.0.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Səhiyyə Nazirliyinin baş məsləhətçi-mətbuat katibi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, onun müavinləri, yerli bölmələrin direktoru və müavinləri, Məcəllənin 213.0.2, 213.0.3 və 214-cü maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Tibbi yardımın təşkili şöbəsinin müdiri səlahiyyətli şəxslər kimi müəyyənləşdirilib.

Məcəllənin 215-ci maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Tibbi yardımın təşkili şöbəsinin müdiri, Hüquq və daxili nəzarət sektorunun müdiri səlahiyyətli şəxslər kimi müəyyən edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol