• $
  • €
  • ₽
  • ₺
  • £

“Əmlak kralı”nın taleyi necə olacaq?

“Əmlak kralı”nın taleyi necə olacaq?
22.04.2018 13:32
Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən yeni hökumətin tərkibində təyinat olmayan vəzifələrdən biri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri postudur.


Quruma yarandığı vaxtdan etibarən, yəni 2009-cu ildən dünənki tarixə kimi Kərəm Həsənov rəhbərlik edib. 


Bəziləri prezidentin K. Həsənovu komandasında uzun müddətdir, görmək istəmədiyi ilə bağlı fikirlər, iddialar səsləndirsə də, 49 yaşlı məmurun taleyi faktiki olaraq sual altındadır.


Düzdür, K. Həsənov 9 illik rəhbərliyi dövründə mətbuat səhifələrində hər zaman qalmaqallı məsələlərlə manşet olub. Lakin o, bütün bunlardan sıyrılaraq, vəzifəsində qalmağı bacarıb.


Mətbuatda "əmlak kralı” olaraq adlandırılan Həsənovun haqqında tez-tez "yaxın vaxtlarda postdan uzaqlaşdırılır”, "Kərəm Həsənov vəzifədən gedir”, "Əmlak kralı” vuruldu”, "Həsənovlar İmperiyası”na son verilir” kimi xəbərlər yayılsa da, hər belə xəbərdən sonra onun əlinin bir az da gücləndiyinin şahidi olmuşuq. Məsələn, 2015-ci il parlament seçkilərində Kərəm Həsənovun qardaşı Malik Həsənov Cəlilabad rayonundan deputat seçildi. Elə həmin ildə K. Həsənov Azərbaycanda ən nüfuzlu və iri ranqlı icra başçılarından sayılan Gəncənin rəhbəri Elmar Vəliyevlə quda oldu. Kərəm Həsənovun oğlu ilə Elmar Vəliyevin qızı ailə həyatı qurdu. Həsənovun qaynı Fəxrəddin Abbasov isə ötən il Ağsu Rayon Polis Şöbəsinə rəis təyin edilib.


Belə güclü qohumluq əlaqələri olan birinin taleyinin necə olacağı isə maraqla gözlənilənlər siyahısındadır.
(olke.az)
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol