Qarabağ qazisi “ASAN-xidmət”də işlə təmin olunub

Qarabağ qazisi, bir sıra uğurlu əməliyyatlarda iştirak edən Natiq Mehdiyev "ASAN-xidmət” mərkəzində işlə təmin olunub.
AzVision.az-ın məlumatına görə, Natiq Vəli oğlu Mehdiyev 2018-ci il 13 aprel tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar xidmətlərin təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilib.
N.Mehdiyev uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub.
Qarabağ qazisi ona göstərilən etimada görə "ASAN-xidmət” rəhbərliyinə təşəkkür edib: "İş üçün müraciət etdim, sağ olsunlar qəbul etdilər. Bundan sonra da xalqıma ləyaqətlə xidmət edəcəyəm".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























