• $
  • €
  • ₽
  • ₺
  • £

Əflatun Amaşov Elmira Süleymanovadan narazıdır

Əflatun Amaşov Elmira Süleymanovadan narazıdır
24.04.2018 15:43
Millət vəkili, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov ombudsman Elmira Süleymanovadan gileylənib.

Anews.az-ın xəbərinə görə, buna səbəb ombudsmanın hesabatında informasiya əldə etmək azadlığı bölməsi ilə bağlı məsələ olub. 

"Mən ötən il müvəkkilin hesabatı müzakirə olunarkən bildirmişdim. Yenə də həmin fikrimin üstündə qalıram. Nə qədər ki, ombudsman məlum qanunun tələblərindən irəli gələn vəzifələri tam yerinə yetirə bilmir, belə də olacaq”, - deyən millət vəkilinin sözlərinə görə, söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyət quruculuğunun əsas şərtidir.

"Cənab prezident İlham Əliyev bunu dönə-dönə vurğulayıb. Dövlət bu istiqamətdəki proseslərə hər zaman böyük önəm və dəstək verib. Belə olan halda müvəkkilin informasiya əldə etmək haqqında qanundan irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür.

Artıq neçənci ildir ki, hesabatda ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşməsi, bu məqsədlə ştat və maliyyənin ayrılması üçün Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə müraciətindən bəhs olunur.

Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Məsələ ciddi şəkildə öyrənilməlidir. Kimdir məsələdə maraqlı olmayan, bunu bilməliyik. Hesab edirəm ki, bizlər parlament səviyyəsində məsələyə münasibət bildirməliyik. Bu, Elmira xanımın perspektiv fəaliyyətinə də dəstək olar...”, -deyə o əlavə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol