• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Əsədovdan avtoqəzalarla bağlı - MÜRACİƏT

Vaqif Əsədovdan avtoqəzalarla bağlı - MÜRACİƏT
29.05.2020 07:10
Yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təminatı istiqamətində qabaqcıl metod və texnologiyalardan geniş istifadə olunur. Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmaqla bərabər, başqalarının hüquq və vəzifələrinə münasibətdə həssas olmalıdır. Bu həssaslıq təkcə yol polisini yox, bütün ictimaiyyəti maraqlandırır. 

Anews.az xəbər verir ki, bunu Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

O bildirib ki, hər bir insanın ən böyük amalı təhlükəsiz yaşamaqdır:

"Ancaq necə yaşamaq – ehtiyatla, yoxsa ehtiyatsızlıqla? Hər bir halda təkcə qanunun tələbi deyil, intellektual təfəkkür də deyir ki, ehtiyatla yaşamayanda, səhlənkərlıq edəndə nəticə ağır olur.

Bunu bilə-bilə bəzən o qədər səhlənkarlığa yol verilir ki, sonda bizi qayğılandıran nəticənin həlli üçün kömək axtarırıq. Əgər nəzərə alsaq ki, avtoqəza hadisələrindən sonra bəzən geriyə - istintaq etməyə, sual verməyə insan qalmır ki, onu qınayaq, soruşaq ki, "hara tələsirdin?”...

Təhlil və ümumləşdirmələr göstərir ki, baş verən hər avtoqəza hadisələri o qədər fərdi mahiyyət daşıyır ki, vəziyyəti tamamilə dəyişmək, ümumiyyətlə, insan tələfatı ilə nəticələnən, yaxud əmlaka dəyən zərəri aradan qaldırmaq olar.

Qanunu bilmək, yaxud biməmək insanı məsuliyyətdən azad etmir. Çünki insanın törətdiyi təqsirli əmələ görə hüquqi vəziyyətinə qanun qiymət verir. Başqa sözlə desək, insanın bütün həyatını yalnız ictimai məsuliyyət və şəxsi intizamı təşkil edir. İnsanı məsuliyyətli edən, təhlükəsiz edən onun əməlləridir, davranışlarıdır.

Əməl, davranış nədir, necə təyin edilir? Mübahisəli deyil. Sadə məntiq bundan ibarətdir ki, hər bir hərəkət iştirakçısı – piyada, sürücü yollarda qaydalara əməl etməlidir. Düşünək ki, təhlükəsiz yaşamağın ən böyük qaydası, məsuliyyət yaradan həqiqətlərə - qanunlara, qanun keşikçilərinin hüquq və vəzifələrinə həssas yanaşmadır.

Cəmiyyətin üzvü olaraq, hər birimiz özümüzü qorumağa məsul olmalı, hamının bildiyi qaydalara əməl etməklə qalmayıb, bütün cəmiyyətə bu vərdişi aşılamağa təşəbbüskar olmalıyıq.

Doğrudan da, təhlükəsiz və sağlam yaşamaq istəyiriksə, hamılıqla qəbul edilən umumi qaydalara əməl etməliyik”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol