Gömrük generalı Novruzovun bahalı maşın kolleksiyası - FOTOLAR

Son günlər məmurlar və onların övladlarının dəbdəbəli həyat tərzi ilə bağlı yazılar ölkə mediasının baş manşetinə çevrilib.
Anews.az milletinsesi.info-ya istinadən xəbər verir ki, bir çox hallarda yüksəkçinli vəzifə sahibiləri, heç də ərkəsöyün məmur övladlarından geri qalmır. Və onlar dəyəri milyonları keçən avtomobil kolleksiyalarını, tikdirdikləri villaların qarajlarında saxlayırlar.
Belə ki, mənbənin iddiasına görə, generalın nə az, nə çox 72 ədəd bahalı, son model avtomobilləri var ki, onlardan özünə kolleksiya düzəldib.
Bu avtomobillərin sırasında:
"Aston Martin One-77” – qiyməti 1 milyon 700 min dollar

"Bugatti Veyron” avtomobilin qiyməti 2,6 milyon dollar

Koenigsegg Agera – Qiyməti: $1.5 Milyon

Ferrari F70 – Qiyməti: $870,000

Rolls-Royce Phantom Drophead Coupe – Qiyməti: $ 447,000

MERCEDES S600 MAYBACH -Qiyməti: eur 265,550R

Və sairə. Bu sıralamanı daha çox artırmaq mümkündür.
Qeyd edək ki, gömrük genaralının bahalı son model avtomobilləri arasında – Lanbargini, Fort, Bugatti, Ferrari, Porsche, Audi, Mersedess, Pogani və digər çeşidli maşınlar yer alır. Mənbənin iddiasına görə, həmin bahalı avtomobillərdən birini cənab Novruzov, nazirlərimizdən birinin oğluna hədiyyə edib…
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























