• $
  • €
  • ₽
  • ₺
  • £

Lütfi Zadənin qəbirüstü abidəsi necə olacaq? - Heykəltəraşı

Lütfi Zadənin qəbirüstü abidəsi necə olacaq? - Heykəltəraşı
29.05.2020 07:10
Hazırda Lütfi Zadənin qəbirüstü abidəsinin layihəsi üzərində işləyirəm. Lakin bu, o qədər asan məsələ deyil”.

Bunu Modern.az saytına açıqlamasında heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov deyib.

Xalq rəssamı qeyd edib ki, abidə tamamilə fərqli üslubda olacaq:

"Əslində indi abidənin hansı formada olacağını izah etmək çətindir. Bu memarlıq abidəsi tam natural deyil. Sözlərlə ifadə edəsi olsam, deyə bilərəm ki, Lütfi Zadənin qəbirüstü abidəsində qapı simvolu olacaq. Qapı açılır və Lütfi Zadə ayaqüstə dayanır”.

Ö.Eldarov qeyd edib ki, layihə üzərində işləsə də, hələ ki abidə üçün lazım olan materialların sifarişlərindən söz açmaq mümkün deyil:

"Düzdür, özüm artıq uzun müddətdir işləyirəm. Amma heç nə olmadan nəsə demək olmur. Layihənin hazırlanması üçün də çox vaxt lazımdır. Lakin deyə bilərəm ki, Lütfi Zadənin qəbirüstü abidəsi başqalarına bənzəməməlidir. Bu baxımdan abidə orijinal olacaq. Bilirsiniz, Lütfü Zadə təkcə Azərbaycan yox, həm də dünya üçün böyük şəxsiyyət olub”.

Ömər Eldarov bildirib ki, büstün hazırlanması AMEA tərəfindən ona həvalə edilib və qəbirüstü abidəsi mərhumun ildönümü mərasimində hazır olacaq.

Lütfi Zadə 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vəsiyyət yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri xiyabanda dəfn edilib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin dəfnindən 6 ay keçir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol