• $
  • €
  • ₽
  • ₺
  • £

Vəhhabilər bizdən daha yaxşı müsəlmandır? - Cavab

Vəhhabilər bizdən daha yaxşı müsəlmandır? - Cavab
27.04.2018 09:18
İslamda insana azadlıq verilmir deyənlər dinin mahiyyətini düzgün dərk etməyənlərdir. İslam dini insana, özündən başlayıb, Allaha qədər yüksələn hüdudsuz azadlıqlar verir.

Bu sözləri Kult.az-a ilahiyyatçı Rəsul Mirhəşimli fəlsəfə elmləri doktoru, dinşünas alim Aydın Əlizadənin müsahibəsində "əgər doğurdan da islam haqq dindirsə, Allah bizə tərəfdirsə, nəyə görə müsəlmanlar geridədir?” fikirlərinə münasibət bildirərkən deyib.

R.Mirhəşimlinin sözlərinə görə, müsəlmanların geridə qalmalarını dində axtaranlar, əslində, çox böyük yanlışlığa yol verirlər:

"Qurani-Kərimin ayələrində keçən insanın gözəl biçimdə yaradılması, Yer üzünün əşrəfi, xəlifəsi elan olunması Yaradanın yaratdığına verdiyi ən böyük dəyərdir. İslam coğrafiyasında idarə olunan xaos, qan tökülməsi dinin problemlərindən irəli gəlmir, bu ərazilərdə siyasi idarəçilərin dini hakimiyyətlərinin iradəsinə tabe etdirmək istəklərinin nəticəsi olaraq, həmçinin bu dövlətlərə qarşı yeridilən xarici müdaxilələrin təzahürü kimi ortaya çıxır.

Tarix boyu din adı altında insanların həyatına müxtəlif şəkildə müdaxilələr də geriliyə səbəb olur.

Müsəlmanlar arasında bu qədər problemlərin yaranmasının səbəblərindən biri də Quranın həyatımıza gerçək şəkildə yansıtmamağımızla bağlıdır”.

A.Əlizadənin "Vahhabilər bizdən daha yaxşı müsəlmandır” sözlərinə də aydınlıq gətirən ilahiyyatçı R.Mirhəşimli bildirib ki, Allah heç kəsə kimin yaxşı müsəlman olub-olmamasıyla bağlı hökm verməyə ixtiyar verməyib:

"Allaha, kitablarına, mələklərinə, peyğəmbərlərinə, ölümdən sonra dirilməyə iman gətirən hər kəs müsəlmandır. Bu iman əsaslarını görməzdən gəlib, insanları hansısa kateqoriyalar üzrə qruplaşdıranlar qeyri-ciddi işlərlə məşğul olanlardır.

Hər kəs öz dinini fərdi olaraq seçir, qazandığı savabları da özünədir, günahları da. Allahın faili-muxtar (ixtiyarı öz əlində olan) yaratdığı insanı hansısa kateqoriyalar üzrə bölmək səlahiyyəti Yaradandan başqasına aid deyil”.

Qeyd edək ki, fəlsəfə elmləri doktoru, dinşünas alim Aydın Əlizadə Modern.az-a verdiyi geniş müsahibədə müsəlmanların geriyə qaldığını bildirib. Əlavə edib ki, əgər doğurdan da islam haqq dinidirsə, Allah bizə tərəfdirsə, nəyə görə müsəlmanlar geridədir?

A.Əlizadə həmçini bildirib ki, vəhhabilər bizdən də yaxşı müsəlmandırlar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol