Nazirliyin sektor müdiri dünyasını dəyişdi

Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov qeyd edib. O, S.Gözəlovun ağır xəstəlikdən sonra vəfat etdiyini bildirib:
"Yaxşı insanları itirmək çox ağırdır. Belə insanlardan biri, səmimiyyəti, insanlığı, yüksək peşəkarlığı ilə örnək olan, təhsil sistemində özünəməxsus hörməti ilə hamının sevgisini qazanan Təhsil Nazirliyinin sektor müdiri, fəlsəfə doktoru, dosent Sülhəddin Gözəlov ağır xəstəlikdən sonra vəfat edib.
Allah rəhmət etsin!"
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























