Bələdiyyənin işi prokurorluğa göndərildi

Nazirlik Xəzər bələdiyyəsini 50869,84 manat məbləğində cərimələyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Neftçala rayonu ərazisində reyd keçirilib.
Reyd zamanı Neftçala rayonu Xəzər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 114 ədəd yulğun kolunun kökdən çıxarılaraq məhv edildiyi, 588 m3 həcmində qumun qazılaraq aparıldığı, 600 m3 həcmində münbit torpaq qatının korlandığı aşkar edilib.
Araşdırma zamanı təbiətə 50869,84 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı Xəzər bələdiyyəsi barəsində akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar Baş Prokurorluğuna göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























