• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda taktiki-xüsusi təlim keçirilib

Naxçıvanda taktiki-xüsusi təlim keçirilib
28.04.2018 13:46
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Beynəlxalq Hava Limanında "Hava limanının yerüstü obyektlərində və hava gəmilərində baş verən yanğınlar zamanı insanların xilas edilməsi və yanğının söndürülməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
 
AzVision.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd Fövqəladə Hallar Nazirliyi ilə Naxçıvan Beynəlxalq Hava Limanı arasında fövqəladə hallar zamanı birgə fəaliyyətin təşkili, qarşılıqlı əlaqələrin qurulması, şəxsi heyətin döyüş və fiziki hazırlığının artırılması, eyni zamanda çevikliyinin yoxlanılmasıdır.

Hava limanında keçirilmiş təlim zamanı aviasiya dispetçerinin şərti olaraq havada qəza şəraitində olan hava gəmisi ilə rabitə əlaqəsinin yaradılması, lazımi məlumatların toplanması və Aviasiya Təhlükəsizliyi, FHN-nin "112” və "101” xidmətlərinə ötürülməsi, aeroportun yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının, eləcə də digər xidmətlərinin qüvvə və vasitələrinin aeroport ərazisində müəyyən olunmuş meydançada hazırlıq vəziyyətinə gətirilməsi, şərti olaraq hava nəqliyyatında baş vermiş yanğın qəzaları zamanı insanların təxliyə edilməsi, təyyarənin daxilində, eyni zamanda ətrafda baş vermiş yanğınların söndürülməsi əməliyyatları həyata keçirilib.

Təlimə Naxçıvan Beynəlxalq Hava Limanının yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının və digər xidmətlərinin 83 nəfər şəxsi heyəti, 15 ədəd xüsusi təyinatlı texnikası, idarəetmə və rabitə vasitələri cəlb edilib, təlim üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunub.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol