• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni sədr ilk tapşırıqlarını verdi

Yeni sədr ilk tapşırıqlarını verdi
28.04.2018 10:32
Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev qurumun qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirib.

"Qafqazinfo” xəbər verir ki, müşavirədə çıxış edən gömrük xidməti general-leytenantı S. Mehdiyev ilk növbədə gömrük orqanlarına göstərilən etimada görə prezident İlham Əliyevə təşəkkürünü bildirib və gömrük orqanlarının işinin daha da səmərəli qurulması istiqamətində səylərin artırılacağını vurğulayıb.

Komitə sədri qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, ölkəmizin tranzit potensialının gücləndirilməsi, turizmin inkişafına dəstək verilməsi, gömrük işinin təşkili zamanı şəffaflığın tam təmin olunması və mövcud problemlərin ən qısa zamanda aradan qaldırılması barədə konkret tapşırıqlar verib.

S. Mehdiyev xüsusilə idxal-ixrac əməliyyatları zamanı şəffaflığın təmin olunması, bu istiqamətdə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə sıx əlaqələrin qurulması, təbliğat və maarifləndirmə işlərinə xüsusi önəm verilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonda müşavirədə qaldırılan məsələlərlə bağlı təkliflər dinlənilib və onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol