• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsu" FHN generalına cavab verdi - Yanan bina ilə bağlı qalmaqal

"Azərsu" FHN generalına cavab verdi - Yanan bina ilə bağlı qalmaqal
29.05.2020 06:08
Bakı şəhəri Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğın zamanı "Azərsu” ASC ərazini fasiləsiz su ilə təmin edib.
Yenicag.az xəbər verir ki, bu barədə "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat yayıb.
Qurum rəsmisi bildirib ki, yanğın olan binanın yerləşdiyi ərazi 24 saat fasiləsiz su ilə təmin edilir.
"Həmin ərazidə "Azərsu” ASC-nin xətlərində normal təzyiqlə (3 atmosferdən artıq) su verilib. Yanğın zamanı Nəsimi Su Kanal İdarəsinin rəhbərliyi hadisə yerində və yanğınla əlaqədar yaradılmış qərargahda olub. Amma onlara su olmaması ilə bağlı heç nə deyilməyib. Hətta binanın işçilərinə icazə verilib ki, smart kartlarında su qurtarsa belə xətti birbaşa şəbəkəyə qoşub anbarlarını su ilə doldursunlar, yanğının qarşısı maksimum tez alınsın. Yanğın başlayan vaxtı binanın ehtiyat anbarında kifayət qədər su olub, eyni zamanda həmin ərazidə 3 yanğın hidrantı da var. "Azərsu” ASC-nin əməkdaşları bu dəqiqə də hadisə yerindədirlər və onların verdiyi məlumata görə, heç bir su qıtlığından söhbət gedə bilməz”- deyə A.Cəbrayıllı qeyd edib.
Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev isə jurnalistlərə açıqlamasında bildirmişdi ki, binada yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol