Yeni nazir ilk qonağını qəbul etdi

Yeni təyin edilən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ilk qonağını qəbul edib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, nazir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı təmsilçisi, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çaxmağı qəbul edib.
Görüş ETSN-nin binasında keçirilib. Görüş zamanı meşələrin mühafizəsi sahəsində idarəetmə sisteminin optimallaşdırılması, su bioresurslarının davamlı idarə edilməsi və ekoturizmin inkişafı məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində ETSN ilə FAO arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























