• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni sədrdən mühüm dəyişiklik: şöbə rəhbərini...

Yeni sədrdən mühüm dəyişiklik: şöbə rəhbərini...
30.04.2018 16:47
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin edilmiş Samir Nuriyev Komitədə bir sıra kadr dəyişiklikləri həyata keçirib.

Report-un əldə etdiyi məlumata görə, Komitənin aparat rəhbəri vəzifəsinə Anar Quliyev təyin edilib. O, indiyə qədər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri vəzifəsində çalışıb və yeni vəzifəsində Ağamirzə Canmirzəyevi əvəz edib. Komitənin keçmiş aparat rəhbəri isə daha öncə çalışdığı və indiyə qədər vakant olan Texniki normalar və lisenziyaların verilməsi üçün təqdim olunmuş sənədlərlə iş şöbəsinin müdiri vəzifəsinə keçirilib.

Bundan başqa, Komitənin vakant olan Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsinə isə Şahnaz Mustafayeva təyin edilib. O, indiyə qədər MİDA-nın Maliyyə və təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin Komitənin Şəhərsalma şöbəsinə rəhbərlik edən Anar Bayramov tutduğu vəzifədən azad olunub. Bu vəzifənin icrası onun müavini Fəxri Aydəmirə həvalə olunub.

Xatırladaq ki, S.Nuriyev bundan əvvəl MİDA-nın İdarə Heyətinin sədri olub. Hazırda onun səlahiyyətlərini qurumun sədr müavini Sadiq Sadıqov icra edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol