• $
  • €
  • ₽
  • ₺
  • £

Vəzifədən çıxarıldığı deyilən direktordan açıqlama

Vəzifədən çıxarıldığı deyilən direktordan açıqlama
30.04.2018 19:10
"Mən adi seçici kimi seçkilərdə iştirak etmişəm. Qanun pozuntusuna görə işdən qovulmağım tam yanlış məlumatdır”. 

Bu sözləri "Qafqazinfo”ya Lənkəran rayonunda yerləşən Həzi Aslanov adına 3 nömrəli məktəbin direktoru Nəzakət Həsənova deyib. O bildirib ki, mediada işdən qovulması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Hazırda işimin başındayam və hər hansı bir qovulma hadisəsindən söhbət gedə bilməz. Səhhətimdə yaranmış problemlərlə əlaqədar olaraq vəzifəmdən azad olunmağım barədə ərizə ilə şəhər təhsil şöbəsinə müraciət etmişəm. Lakin hələlik bu barədə qərar qəbul olunmadığına görə vəzifəmin icrasını davam etdirirəm. Yaşıma gəldikdə isə 70 yox, 64 yaşım var. Respublikanın əməkdar müəllimiyəm, 10 idir ki, bu məktəbdə direktor işləyirəm. 45 illik iş təcrübəm var. Haaqımda bu cür əsassız informasiyanın yayılması məni çox kədərləndirdi”.

Qeyd edək ki, Axar.az saytının yaydığı xəbərdə seçki günü qanunpozuntusu aşkar edildiyi üçün direktorun işdən azad edildiyi, həmin seçki məntəqəsinin nəticələrinin isə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edildiyi bildirilmişdi. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol