• $
  • €
  • ₽
  • ₺
  • £

Bayraq, gerb, himnlə bağlı qanun layihəsi qəbul edildi

Bayraq, gerb, himnlə bağlı qanun layihəsi qəbul edildi
29.05.2020 04:42
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələrini müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında" qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir.

Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir.

Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənib. "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" qanun layihəsinə əsasən isə Azərbaycan Respublikasının Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun bu təsvirə əlavə edilən rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir. Azərbaycan Respublikasının Dövlət Bayrağının sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton" rənglər kataloqunun Pantone 306C rəng koduna, qırmızı rənginin Pantone Red 032C rəng koduna, yaşıl rənginin Pantone 362 rəng koduna uyğunluğu təmin edilir. Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından və iki sünblüdən ibarət qövsvari çələngin üzərində yerləşən şərq qalxanı şəklindədir.

Qalxanın üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.

Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri (8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı rəngdədir. Azərbaycan Respublikasının Dövlət Gerbi, ölçüsündən asılı olmayaraq, onun bu təsvirə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir. Azərbaycan Respublikasının Dövlət Gerbinin sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı alovun qırmızı rənginin "Panton" rənglər kataloqun Pantone Red 032C rəng koduna, palıd budaqlarının yaşıl rənginin Pantone 7729C rəng koduna, sünbüllərin sarı rənginin Pantone 7548C rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin Pantone 111C rəng koduna uyğunluğu təmin edilir. "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" qanun layihəsində musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilməsi əks olunub.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol