• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiya artımı bu şəxslərə şamil edilmədi

Pensiya artımı bu şəxslərə şamil edilmədi
01.05.2018 22:56
Azərbaycan Prezidentinin 9 fevral 2018-ci il tarixli sərəncamına əsasən, əmək pensiyalarının ölkə üzrə əmək haqlarının ötənilki illik artım faizinə uyğun, yəni 5,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman BabayevModern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sərəncama əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 236 min nəfərinə və ya 94 faizinə şamil olunub:


"Sərəncam bir sıra kateqoriyalardan (dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s.) olan pensiyaçılara şamil olunmur ki, həmin kateqoriyalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində göstərilir”.


Nazirlik rəsmisi artımın həmin kateqoriyadan olan şəxslərə şamil edilməməsinin səbəblərini də açıqlayıb:


"Pensiyaların indeksləşdirilərək artırılmasının qeyd olunan kateqoriyalara aid şəxslərə şamil olunmamasının səbəbi bundan ibarətdir ki, dövlət qulluğu və əmək pensiyaları haqqında qanunvericiliyə əsasən, onların pensiyaları onların işləmiş olduqları müvafiq fəaliyyət sahələrində əmək haqlarının artımı ilə əlaqədar artırılır.


Məsələn, vaxtilə dövlət qulluğunda işləmiş və dövlət qulluqçşusu kimi əmək pensiyası alan şəxsin əmək pensiyasının artımı hazırda dövlət qulluğunda əmək haqqının artımı əsasında həyata keçirilir. Ona görə də bu kateqoriyalardan olan pensiyaçıların pensiyalarının artımı indeksləşdirilərək artırılma prinsipinə əsaslanmır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol