• $
  • €
  • ₽
  • ₺
  • £

“Mafia” ilə əlbir olan həkimlərin kimliyi bəlli oldu

“Mafia” ilə əlbir olan həkimlərin kimliyi bəlli oldu
02.05.2018 10:00
Baş Prokurorluğun "dərman mafiya” əməliyyatından sonra ölkənin məşhur həkimləri ifşa olundu.

TopXeber.Az bildirir ki, Minval.info-nun əldə etdiyi məlumata görə, Bakıda fəaliyyət göstərən özəl klinikaların doktorları həmin cinayətkarlarla əlbir olub.
Saytımızda dərman mafiası ilə birgə işləyənlərin siyahısının dərcindən sonra orada qeyd olunan iki məşhur həkimin kimliyi barədə iddialar əldə etdik. İddiaya görə, paytaxtda yerləşən "Oksigen” və "Baku Medical Plaza” özəl klinikalarında çalışan doktorlar həbs edilənlərlə əlbir olub.

"Baku Medical Plaza”nın ginekoloqu, professor Mehman Həmzəyevin ismi də siyahıda yer alan adlar sırasındadır. İddia olunur ki, professor yaxşı gəlir əldə etmək üçün cinayətkarlarla birgə çalışıb. O, ölkə hüdudlarından kənarda işləməsinə, nəaliyyətlərinə baxmayaraq, "mafia” ilə işləməkdə qəbahət görməyib. Həmçinin əldə etdiyimiz məlumata görə, Həmzəyev övlad arzusunda olan ailənin xeyli pulunu alaraq onlara kömək etməyib. Bu işdə "xeyir” tapan və arzusuna çatan yanlız "mafia” ilə birgə çalışan Həmzəyev olub.

Həkimlərdən digəri isə "Oksigen” klinikasında çalışan ginekoloq Fərəh Əlizadədir. Paytaxtın sayılıb-seçilən klinikasında işləyən doktor da həmkarları kimi cinayətkar dəstə ilə əlbir olub. Onun da adı "mafia” ilə birgə çəkilir.

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının əldə etdiyi siyahıda "dərman mafiyası” ilə əməkdaşlıq edən həkimlərin adları əməliyyat çəkilişi zamanı lentə alınıb. Adlarının qarşısında isə həmin şirkət əməkdaşlarının onlara ödəyəcəyi məbləğin miqdarı qeyd edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol