• $
  • €
  • ₽
  • ₺
  • £

Ayselin xərçəngdən ölən əri kim olub? - Direktor olub

Ayselin xərçəngdən ölən əri kim olub? - Direktor olub
02.05.2018 10:46
Bu il Azərbaycanı "Eurovision” mahnı müsabiqəsində təmsil edən Aysel Məmmədovanın (Aisel) wiwibloggs.com-a müsahibəsi müzakirələrə səbəb olub. 28 yaşlı ifaçı bildirib ki, həyat yoldaşı muisiqiçi olub və xərçəngdən dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki, Aiselin sözügedən açıqlamasından sonra həyat yoldaşının kimliyi hər kəsi marağına səbəb olub. Məlum olub ki, həmin şəxs 2011-ci ilin aprel ayında Almaniyada qarın boşluğu xərçəngindən dünyasını dəyişən musiqiçi Emil İbrahim Məmmədovdur. 

Bildirək ki, bəstəkar İbrahim Məmmədovun oğlu, klassik pianoçu Elçin Məmmədovun qardaşı olan E. İbrahim bir müddət  Bakı Caz Mərkəzinin art-direktoru olub. O, xərçəngdən müalicə üçün müxtəlif ölkələrə gedib və Berlində 37 yaşında həyatını itirib. 

Emilin cazı, klassik musiqini, Latın Amerikası ritmlərini, Azərbaycan muğamını və digər janrları sintez etməsi onun improvizəçi və bəstəkar kimi istedadını üzə çıxarıb. 

2005-ci ildə onun "Tetralogia” solo albomu işıq üzü görüb. Bakı Caz Mərkəzinin direktoru olduğu dövrdə Emil İbrahim ölkəmizdə cazın təbliği üçün böyük səy göstərib.

Onun sonuncu solo konserti 2010-ci ilin payızında Muğam Mərkəzində Bakı beynəlxalq caz festivalı çərçivəsində keçirilib. O, həmçinin Sevda Ələkbərzadənin "Şəbi Hicran" albomu üçün prodüserlik edib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol