• $
  • €
  • ₽
  • ₺
  • £

Zaur reklam etdiyi həkimdən danışdı

Zaur reklam etdiyi həkimdən danışdı
02.05.2018 12:20
Xəbər verdiyimiz kimi, saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmovun  da adı hallanır. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.

"Qafqazinfo” xəbər verir ki, ginekoloqu tez-tez reklam edən "Bizimləsən” proqramının aparıcısı Zaur Baxşəliyev mövzu ilə bağlı açıqlama verib. 

O, xəstələri təmənnasız sağaldan həkimləri pulsuz efirə dəvət etdiyini söyləyib: "İstəyirəm sizə hesabat verim. Mən sizə gələn həkimlərimizlə, təmənnasız müalicələr və müayinələrlə, edilən o yaxşılıqlarla bağlı hesabat verirəm. Mən kiməsə yaxşılıq etsəm onu heç vaxt burda nümayiş etdirmərəm ki, baxın filankəsin cibinə bu qədər pul qoydum. Bunu mən etmərəm. Mən vasitəçiyəm deyə onu göstərirəm ki, filankəs filankəsə yaxşılıq elədi. 

Həkim bu xəstəni təmənnasız sağaltdı,baxın! Bizə bu tərəfi maraqlıdır. Bizə müraciət edən xəstələrin sağalması önəmlidir. Qalan heç nə mənə maraqlı deyil. Mən bizə müraciət edən insanları təhvil verirəm və sağlam alıram. O baxımdan həkimləri bura dəvət edirəm, təşəkkürümü bildirirəm. Bax bu kişidir, bunu edəni deyirəm. Anladınızmı? Sözüm anlayanlara və hara gedirsə o ünvanlaradır”.

Bundan əlavə, "Qafqazinfo” mövzu ilə bağlı dəfələrlə ginekoloq Natiq Məhərrəmovla əlaqə saxlayıb, lakin o, məsələyə münasibət bildirməkdən boyun qaçırıb. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol