• $
  • €
  • ₽
  • ₺
  • £

Abutalıbovun yerinə keçə biləcək adlar – Təhsil Nazirliyi nümunəsi?

Abutalıbovun yerinə keçə biləcək adlar – Təhsil Nazirliyi nümunəsi?
03.05.2018 14:10
Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi müəyyənləşdi. Sərəncama əsasən, hökumətin tərkibində xeyli dəyişikliklər oldu.
 
Təyinatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun baş nazirin müavini vəzifəsinə gətirilməsidir. H.Abutalıbova artıq baş nazirin keçmiş müavini Abid Şərifovun işləri həvalə olunub. Onun əvvəlki vəzifəsi, yəni Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı postu isə hələ də boş qalıb.

Bəs Abutalıbovun yerinə kim gətiriləcək?

10 gündən çoxdur ki, paytaxt Bakıya rəhbərlik edəcək şəxsin yeri boşdur. Oxşar halı bir neçə ay idi ki, Təhsil Nazirliyinin fonunda müşahidə edirdik. Orada da uzun müddət rəhbər postu boş qalmışdı. Qurumda nazir vəzifəsini həmin ərəfədə təhsil nazirinin müavini olan Ceyhun Bayramov icra edirdi. Məsələ burasındadır ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətində icra başçısının birinci müavini vəzifəsi də boşdur. Öncə qeyd edək ki, ümumilikdə isə BŞİH rəhbərliyində 3 vəzifə var – başçı və iki müavin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rauf Pənahov ötən il iyulun 20-də vəfat edib. Həmin vaxtdan bu günə qədər onun da yerinə təyinat olmayıb.

Hazırda BŞİH-də yeganə müavin olan Fidumə Hüseynova merin səlahiyyətlərini icra edir. O, 2005-ci ildən BŞİH başçısının müavini vəzifəsində çalışır. Fidumə Hüseynova 2003-cü ildən 2005-ci ilədək Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Yəni idarəçilik sahəsində Fidumə Hüseynovanın hələ 2003-cü ildən təcrübəsi var. Abutalıbovun yerinə təyinat olmasa da, mətbuatda məsələ ilə bağlı bir neçə versiya irəli sürülüb. Onlar arasında Fidumə Hüseynovanın da adı çəkilir. Lakin ekspertlər F. Hüseynovanın başçı vəzifəsinə təyin olunacağı ehtimalını ciddi hesab etmirlər.

Mətbuatda yazılan versiyalara görə, Abutalıbovun yerinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun da təyin olunması gözlənilir. Məlumatlara görə, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır.

O, əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə İstehsalat Birliyində fəhlə kimi başlayıb.

1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib.

1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləyib.

Prezidentin sərəncamı ilə 2012-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Digər versiyaya görə, Abutalıbovun yerini "Bakı Ağ şəhər” layihəsinin və "Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxov tuta bilər. Onunla bağlı da mətbuatda xeyli materiallar dərc olunub.

Abutalıbovun yerinə əsas namizədlərdən biri kimi isə "AzərGold” qapalı səhmdar cəmiyyətinin sədri Zakir İbrahimovun adı çəkilir.

Yeni yaradılmasına baxmayaraq, "AzərGold” qızıl yataqlarının kəşfiyyatı, qızıl və gümüşün hasilatı və ixracı sahəsində xeyli işlər görüb. Onun fəaliyyəti sayəsində Azərbaycanın qeyri-neft ixracatında qızıl ikinci yerə yüksəlib.

Z.İbrahimov həm "Təmiz Şəhər”ə, həm də indi "AzərGold”a rəhbərliyi dövründə ictimaiyyətə açıqlığı ilə tanınıb. Mətbuatla sıx təmasda işləməyi onu hazırkı məmur heyəti arasında xüsusi fərqləndirən cəhətlərindən biridir. Bu baxımdan, BŞİH rəhbəri olaraq indiyədək mətbuata qapalılığı ilə tanınan Bakı meriyasının fəaliyyətində açıqlıq prinsiplərinin tətbiq olunacağı gözlənilir.(musavat.com)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol