ATV-nin aparıcısı əməliyyat olundu

Aparıcı, vəkil Zülfiyyə Bayramova əməliyyat olunub.
Anews.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü xəbər verib. Bildirib ki, mədəsində şiş olduğu üçün bıçaq altına yatıb:
"Onkoloji xəstəlik xəbəri eşidirsən və qarşına səni ondan xilas edəcəyini deyən gülərüz həkim çıxır. Heç bir xəstəlikdən qorxmayın. Xəstəlik it kimidir, qorxsan üstünə gələcək, üstünə getsən, qaçacaq. Ağır onkoloji əməliyyatım 4 saat çəkdi".
Qeyd edək ki, Z.Bayramova aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























