• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşən gənc alpinistlər sağdırlar?- FOTO

İtkin düşən gənc alpinistlər  sağdırlar?- FOTO
29.05.2020 07:09
Məlum olduğu kimi ötən ilin dekabr ayında "Giləvar» hava-ekstrim idman klubunun 3 üzvü itgin düşüb. Dekabrın 23-də Tufandağa yürüşə çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə ilə əlaqə dekabrın 24-də itib. 

BiG.AZ cəbhə.info-ya istinadən xəbər verir ki, dövlət orqanlarının iştirakı ilə onların axtarışına müvafiq qüvvələr cəlb olunsa da, alpinistlər tapılmayıb. Eləcə də həmin ərazilərdə aparılan axtarışlar zamanı hər hansı cəsəd də üzə çıxmayıb.

İndi isə alpinistlərin sağ olması iddiası gündəmə gəlib. Belə ki, onlardan biri Babur Hüseynovun qohumu "Asan Radio”nun redaktoru Cəlalə Nəzəroğlu həmin hadisələr zamanı fasebook səhifəsində qohumunun şəklini paylaşıb. Həmin şəklin altından rəylər yazılıb. Hər kəs Cəlaləyə səbr və qohumunun tezliklə tapılmasını arzulasa da, "Smert ili Jizn” profilindən əminliklə Baburun sağ olduğu bildirilir: "Cəlalə Nəzəroğlu, qardaşın da və yoldaşları da sağdır!!! Mayın sonu ya da iyunun əvvəli qovuşacaqsız...əmin olun!!!” 

Bu sözlərdən sonra onun niyə bunu yazması ilə bağlı suallar səslənir. Həmin profildən isə yeni bir əminliklə - "Mən dağlarda çox olan adamam və qar uçurumuna düşən olsa belə sürüşmə zonası açıq aşkar bilinir. Mən əminəm ki onlar yolu azıblar. Birazdan qar zad qalmayacaq və inşallah heç bir cəsəd tapılmayanda mənim sözümün təsdiqini tapacaqsız. Sadəcə operativ axtarış getməyib. Mən Şəkidə illərlə Böyük Qafqaz silsilə dağ uçurumlarından Rusiya ərazisinə keçən peşəkar adamlarla ünsiyyətdəyəm. Onların da fikrincə, onlar çox güman azıb sərhəddə olublar...amma o zonada qar uçqunu müşahidə edilməyib”.

Alpinistlərin cəsədləri tapılmadığına görə hər hansı bir iddiaların səslənməsini realdır. Amma naməlum profilin sözlərindəki bu qədər əminliyin hardan qaynaqlanması maraq doğurur. Digər tərəfdən burada konkret vaxtın göstərilməsi də maraqlıdır. Məsələyə başqa yöndən yanaşsaq, mövcud kommunikasiya əsrində alpinistlər sağdırsa, niyə ailələrinə hansısa məlumat vermirlər?.

Güman edirik ki, yaxın zamanlarda suallara aydınlıq gələr və yaxınların gözləri yoldan çəkilər.
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol