• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış jurnalist Fuad Poladov haqda gizli faktı açıqladı: Anası onları ayırmışdı

Tanınmış jurnalist Fuad Poladov haqda gizli faktı açıqladı: Anası onları ayırmışdı
06.05.2018 16:31
Tanınmış telejurnalist İradə İsaq mərhum xalq artisti Fuad Poladov haqqında gizli faktı açıqlayıb.

Anews.az həmin yazını təqdim edir:
 
- Fuad Poladov dünyasını dəyişdi. Və mən bu həqiqəti artıq danışa bilərəm.
O şəxsiyyətdir niyə deyirik?
Bir fakt deyəcəm. Bunu barmaqsayı adamlar bilir. 
Hamı bilir k, o daş kimi susqun və ciddi adam bəlkə ölənə qədər qəlbində böyük bir sevgini daşıdı. Gözəl aktrisa Vəfa Fətullayevanı. 
Anası rəhmətlik Hökumə Qurbanova onları ayırdı. Birdəfəlik. İllərini həsr etdi buna. Amma....
Çox perspektivli bir gənclə, çoxları tanıyır, adını demirəm, Vəfa xanım nişanlandı.
Bir müddət sonra Vəfa xanım amansız qan xərçənginə yoluxdu. Xəstəlik güclənib, gözəlliyini əlindən alıb, onu xəstəxanaya salanda o nişanlı oğlan daha gəlməz oldu.
İllərdir ondan ayrılan Fuad Poladov isə son nəfəsinə, son anına qədər sevgisi Vəfanın yastığının yanından əl çəkmədi. O, arıqlayıb çuxura düşmüş üzünü, damarlı əllərini öpə-öpə Vəfaya çirkinləşdiyini bildirmədi. Onun tökülmüş saçlarını daradı. Vəfa Fuadın qollarında keçindi.
Uzun-uzun illər də evlənmədi Fuad bəy.
Və mən bir gün bütün faktları toplayıb Vəfa xanım haqda film çəkdim. Elə faktlarım vardı ki...
Xahiş etdim Fuad bəydən. Gəlin, onun haqda danışın dedim. O mənim iç dünyamda olanlardır dedi. 
Susdu yenə.
İlk dəfə mənə rədd cavabı verən müsahibimə "yox!" dediyi üçün təşəkkür etdim!
Stalin də məmurlarına öz sevgilisinə dəlicə vurulan generalissimus Jukov haqda demişdi: "Bilirsinz, xalq Jukovu niyə sevir, sizi yox? Çünki o, bir qadına vurulacaq, onu bir ömür sevəcək qədər nəhəngdir. Jukov sevməyi bacarır!"
Və sevməyi bacaranlar həmişə seviləcək. (azxeber)



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol