• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısının müavini sahibkarı kabinetinə çağırıb döydü

İcra başçısının müavini sahibkarı kabinetinə çağırıb döydü
06.05.2018 20:32
Qax rayon İcra Hakimiyyəti Başçısının müavini Elbrus Tağıyev öz xidməti kabinetində iş adamını döyüb.
Rayondakı mənbənin "AzPolitika.info”ya verdiyi məlumata görə, hadisə mayın 2-də baş verib, hazırda Qax Rayon Prokurorluğunda araşdırılır.
Məlumata görə, icra başçısının müavini rayonda "Qax” sularını istehsal edən müəssisələrdən birinin sahibi olan Mustafa Muxtarova xəsarət yetirib. İş adamı icra başçısının müavinindən prokurorluğa şikayət edib.
Qarabaş döyüşlərinin iştirakçısı, 3 dəfə Qax Bələdiyyəsinin üzvü seçilmiş 54 yaşlı M.Muxtarov "AzPolitika.info”ya açıqlamasında məlumatı təsdiq edib. Sahibkar bildirib ki, mayın 1-də Elbrus Tağıyev ona zəng vuraraq, qayınanasına məxsus mağaza ilə bağlı onu İcra Hakimiyyətinə dəvət edib. Mayın 2-də saat 10 radələrində E.Tağıyevin qəbulunda olarkən rayonun baş arxitektoru və başqa bir nəfər də kabinetdə olub. İcra başçısının müavini M.Muxtarova bildirib ki, ərazi ilə bağlı başqa bir şəxs onlardan şikayət edib, guya həmin adamın əlində qanuni sənədi var. "Mən bu zaman etiraz etdim, bildirdim ki, əlində cizgi sənədi varsa məhkəməyə müraciət etsin. Siz niyə bu işə qarışır və bizə təzyiq edirsiniz. Elbrus Tağıyev məni etirazımdan sonra özündən çıxdı, yerindən qalxıb mənə tərəf yeridi, əvvəl yaxamdan yapışıb dartışdırdı. Sonra kəllə ilə sifətimə zərbə vurdu, burnumdan qan açıldı. Mən onun əlindən qurtarıb, sənədləri də götürüb otağı tərk etdim. Arxadan polisə qışqırdı ki, "bu zibili götürün rədd edin burdan””.
M.Muxtarov deyir ki, ordan çıxandan sonra icra başçısı ilə görüşməyə cəhd edib. Əvvəl deyiblər ki, başçı yerində yoxdur. Lakin bir qədər sonra başçı onunla görüşüb. "Başçı əvvəl mənə dedi ki, qələt edib sənə əl qaldırıb, mən onun cəzasını verəcəm. Lakin daha sonra söhbəti fırlayıb mənimlə bağlı köhnə incikliklərini yada salmağa başladı. Gördüm bu tədbir görən deyil, ordan çıxıb prokurorluğa getdim. Şikayət ərizəmi yazıb, tibbi ekspertdən keçdim. İndi prokurorluqda araşdırma gedir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol