• $
  • €
  • ₽
  • ₺
  • £

Talışinskinin ölümünün ilkin səbəbi açıqlandı

Talışinskinin ölümünün ilkin səbəbi açıqlandı
08.05.2018 14:20
Azərbaycan Mətbuat Şurası tanınmış jurnalist, «Exo» qəzetinin baş redaktoru Rauf Talışinskinin vəfatı ilə bağlı nekroloq yayıb.

Şuradan Kult.az-a verilən məlumata görə, nekroloqda Azərbaycan jurnalistikasına ağır itki üz verdiyi bildirilib: "Tanınmış qələm sahibi, respublikanın əməkdar jurnalisti, «Exo» qəzetinin baş redaktoru Rauf Talışinski - Talışinski Rauf Rəfail oğlu ömrünün 62-ci ilində dünyasını dəyişib.

R.Talışinski prinsiplərinə sadiq, varlığını söz sənətinə həsr etmiş peşəkar sima idi. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində çalışıb. "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri olub.

R.Talışinskinin həyat və yaradıcılığı peşəsi üçün fədakarlıq nümunəsidir. Ən çətin zamandan - 1990-cı ildən «Ayna-Zerkalo» qəzetinə rəhbərlik edib. Bu nəşrdəki, eləcə də 2001-ci ildən baş redaktoru olduğu «Exo» qəzetindəki fəaliyyəti ilə müasir Azərbaycan jurnalistikasının formalaşmasına böyük xidmət göstərib.

Mərhum həmkarımız istər jurnalistika dəyərlərinin cəmiyyətə aşılanmasına, istər peşənin nüfuzunun artırılmasına, və qorunmasına, istərsə də peşəkar kadrların yetişdirilməsinə müstəsna əmək sərf edib. Hər zaman işgüzarlığı, təşəbbüskarlığı, səmimiyyəti, qayğıkeşliyi ilə seçilmiş baş redaktor hadisə və proseslərə məxsusi yanaşması, vətəndaş mövqeyi ilə də seçilib. Qətiyyətlə demək olar ki, o, jurnalistikanın cəmiyyətə qazandırdığı dəyərli ziyalı idi.

Rauf Talışinskinin vəfatı Azərbaycanın media ictimaiyyəti üçün dərin uzüntü və sarsıntıdır. Onun yoxluğunu qəbul etmək çox çətindir. Uca Tanrıdan mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Yeri behişt, məkanı cənnət olsun! Allah rəhmət eləsin!”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol