• $
  • €
  • ₽
  • ₺
  • £

“Hacıbala kimiləri mənim dədə-babamın qarşısında nökər işləyib”

“Hacıbala kimiləri mənim dədə-babamın qarşısında nökər işləyib”
29.05.2020 03:59
"Ailəmə, mülkümə qarşı işğalçılıqla məşğu olan Hacıbala Abutalıbovun qarşısında qanunun aciz qaldığına görə ad günümdən imtina edirəm və bütün titullarıma nifrət edirəm”.

Bunu əməkdar incəsənət xadimi Əbdül MahmudbəyovBakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı və hazırda baş nazirin müavini Hacıbala Abutalıbovla aralarında olan qalmaqalla bağlı məhkəmə qərarının icra olunmamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, baş nazirin müavini təyin edilən Hacıbala Abutalıbov Azərbaycan dövlətinin adından çıxarılan məhkəmə qərarını icra etmədi:

"Yaxşı olardı ki, onu birdəfəlik Əzrayıl aparardı. Dövlətin məmuru Azərbaycan dövləti adından çıxardığı məhkəmə qərarını saya salmır. Bu adam müqəddəs qanunu saymırsa, yenidən vəzifəyə gedirsə, yüksəlirsə, mən dəhşətə gəlirəm. Hacıbala deyirdi ki, "mənə heç kim heç nə edə bilməz”. Evimi yeraltı qaraj tikəndə ucurdular. Həmin tikinti şirkəti isə Hacıbala Abutalıbova məxsusdu, qohum-əqrabaları işlədir. Mən nə istəyirəm ki? Evimi ucurubsan, ya evimi ver, ya da pulumu… Axı 3 məhkəmə məhkəmə qərar verib. Mənim xidmətlərim yüz Hacıbala kimisinin xidmətindən çoxdur. Bu xalq üçün tarix yazıram”.

Əbdül Mahmudbəyov qeyd edib ki, məsələ ilə bağlı 4 ildir ki, 3 məhkəmənin qərarı var:

"Onu icra edən yoxdur. Hara baxır Ədliyyə naziri? Niyə camaatı narazı salırsınız? Məhkəmə qərarı varsa, icra olunmalıdır. Evimi ucurub, utanmadan da məhkəmələrə şikayət edib. Bir ara yalan buraxmışdı ki, "Mən ona yüz dənə təklif edirəm, heç birinə razı olmur”. Dedim yalançının evi yıxılsın. 7 nəfər para-para olan evin içində yaşayır. İçəri toz tökülür. O, kimdir ki, mən ondan nə istəyim? Hacıbala kimiləri mənim dədəmin-babamın qarşısında nökər işləyib”.(AzNews.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol