• $
  • €
  • ₽
  • ₺
  • £

Miqrasiya Xidmətinin yeni rəisi atacağı addımları açıqladı – VİDEO

Miqrasiya Xidmətinin yeni rəisi atacağı addımları açıqladı – VİDEO
29.05.2020 10:54
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov mediaya ilk müsahibəsini verib.

Lider TV-yə verdiyi qısa müsahibədə o, qurumun gələcək fəaliyyəti, qarşıda duran prioritetlər və atılacaq addımlar haqqında danışıb. Vüsal Hüseynov bildirib ki, Miqrasiya Xidmətindəki fəaliyyəti ilk növbədə Cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin tam icra edilməsinə yönəldiləcək. 

"İlkin mərhələdə mövcud vəziyyətin təhlilinə başlamışıq. Daha çox hansı sahələrdə boşluqların olduğunu araşdırırıq. Və atacağımız addımların "yol xəritəsi”ni hazırlamaqla məşğuluq. Artıq ümumi istiqamətləri müəyyən etmişik”,- Vüsal Hüseynov deyib.

O, bildirib ki, qoyulmuş tapşırıqların icrasını hansı kadrlarla tam, yüksək səviyyədə həyata keçirmək mümkündürsə, Miqrasiya Xidmətində ancaq o tip kadrlara etimad göstəriləcək. Hüseynov kadr korpusunun yenilənəcəyini, gənc əməkdaşların xidmətə cəlb ediləcəyini də vurğulayıb: "Əsas yanaşma ondan ibarətdir ki, bu kadrlar həm müvafiq sahədə yüksək bilik və bacarıqlara malik olsunlar, eyni zamanda, dövlət qulluğunun fəlsəfəsini, mahiyyətini anlasınlar, həmçinin Cənab Prezidentin dövlət qulluqçusunun necə olması haqda baxışlarını paylaşsınlar”.

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi media ilə açıq şəkildə işləyəcəklərini də bildirib. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol