• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlıq müzakirə olunub
09.05.2018 17:20
İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 10 ildə Avropa İttifaqına 6 səfər edib, həmçinin Avropa İttifaqının yüksək vəzifəli nümayəndələri ölkəmizdə səfərdə olub”.

Avropa nümayəndə heyətinə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir Ş.Mustafayev ölkə iqtisadiyyatının inkişaf etdiyini, maliyyə sabitliyini, qeyri-neft ixracının artdığını, ticarət balansının müsbət olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan və Avropa İttifaqı arasında enerji, nəqliyyat, ticarət və s. sahələrdə əməkdaşlıq uğurla inkişaf edir, Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir və ölkəmizə 15 milyard dollardan çox investisiya yatırılıb. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir.

İqtisadiyyat naziri bu ilin 5 iyun tarixində keçirilməsi nəzərdə tutulan Azərbaycan-Avropa İttifaqı biznes forumunun iş adamları arasında əlaqələrin genişləndirilməsində və əməkdaşlıq perspektivlərinin müzakirəsində əhəmiyyətli olacağını qeyd edib. Şahin Mustafayev Azərbaycanın digər sahələrlə yanaşı, nəqliyyat və energetika sahələrində də Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini bildirib, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxın zamanlarda istifadəyə veriləcəyini diqqətə çatdıraraq, nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə geniş imkanlar açılacağını qeyd edib. Vurğulanıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəqliyyat sahəsində Azərbaycanın imkanlarını daha da artırıb. Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olan ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol