• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq nazir Azərbaycanı birdəfəlik tərk edir

Sabiq nazir Azərbaycanı birdəfəlik tərk edir
10.05.2018 12:01
Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədən çıxarıldıqdan və ölkədəki biznes strukturlarının önəmli hissəsi əlindən alındıqdan sonra kölgəyə çəkilib. Özünün və yaxın ətrafının gəlir sahələrindən mərhum edilməsinə susqunluqla reaksiya verən Ziya Məmmədovun bundan sonra nə edəcəyi isə hər kəsə maraqlıdır.

Görünən odur ki, onun qarşısında iki seçim var: Ya siyasi-biznes karyerasının qürubuyla barışaraq Azərbaycanda ömrünü davam etdirmək, ya da əlində qalan və o qədər də az olmayan maliyyəni də çıxartmaqla Azərbaycanı tərk etmək…

Anews.az bildirir ki, bununla bağlı "savash.org”un əldə etdiyi informasiyaya görə, sabiq nazir ikinci yolu seçib və bu istiqamətdə konkret hərəkət etməyə başlayıb. Onun yaxın zamanlarda Azərbaycanı birdəfəlik tərk edərək oğlunun yanına – Böyük Britaniyaya köçəcəyi bildirilir. Xatırladaq ki, artıq Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması haqda xəbərlər təsdiqlənməkdədir. Hər halda yerli mətbuat bu haqda az qala bütün təfərrüatları yazsa da qarşı tərəfdən məsələylə bağlı hansısa təkzib eşidilməyib, bu isə informasiyanın dolayısı ilə təsdiqlənməsi deməkdir. 

Bildirək ki, Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması xəbərləri 2-3 il əvvəldən yayılmağa başlayıb. Bunu nəzərə alsaq, belə ehtimal etmək olar ki, nazir oğlu manat ekvivalentində təxminən 25 milyon xərcləməklə 3 ilə Böyük Britaniya vətəndaşlığı alıb.

Görünən odur ki, oğlunun Böyük Britaniyada yerləşməsinə illər sərf etdikdən sonra buna nail olan Ziya Məmmədov indi də özü köç hazırlığındadır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol