• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspertdən xəbərdarlıq: Köhnə su və dondurma satılır

Ekspertdən xəbərdarlıq: Köhnə su və dondurma satılır
11.05.2018 16:29
"İstilərin düşməsilə yenidən satışa çıxarılan sərin suların və dondurmaların əksəriyyəti ötən ildən qalıb. Belə məhsulları alarkən xüsusilə diqqətli olun”. 

Anews.az xəbər verir ki, bu sözləri Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, istilərin düşməsilə satışa çıxarılan sərinləşdirici vasitələrin yeni və ya ötən ildən qalma olub-olmadığını yoxlayan qurum yoxdur:

"Əksəriyyət liberal bazar situasiyasından, biznes qurumlar üçün yaradılmış rahat şəraitdən su-istifadə edir və vətəndaşı aldadır. Mağazalada min adda qablaşdırılmış içməli su satılır. Onların demək olar ki, çoxu ötən ildən elə mağazanın içində, şəraitsiz şəkildə qalan sulardır. Havaların isinməsilə yenidən bizə təklif edilir. Hətta üzərində göstərilən istifadə müddəti keçərli olsa belə, həmin suların hansı şəraitdə saxlanıldığını bimədiyimiz üçün ziyandır. İçdiyiniz zaman da dadında sirinlik və qəribə qoxu hiss edə bilərsiz. Doğrusu, bu məsələ illərdir müəmmalı və açıq qalıb. Ümid edək ki, Qida Təhlükəsizliyi Agentliyi və yaradılmış digər qurumlar bu işlə məşğul olacaq”.

E.Hüseynov bildirib ki, qablaşdırılan əksər qazsız adi içkilərin tərkibi heç də təmiz mineral suyu deyil. Hətta bir çoxu krantdan doldurulmadır:

"Bunu suyu içərkən də hiss etmək mümkündür. Təəssüf ki, alıcı adi gözlə hansı qablaşdırmadakı suyun daha təmiz, vaxtı ötməmiş və saxlanma şəraiti normal olduğunu müəyyən edə bilməz. Suyu dəqiq analiz etmək üçün onun 300 parametrini araşdırmaq lazımdır. Su yeganə maldır ki, onda olan problemi adi gözlə, dad və qoxu ilə müəyyən etmək olmur”.

İB sədri bildirib ki, istilərin düşməsilə ötən ildən qalan dondurmaların da satışı həyata keçirilir ki, bu da xüsusilə uşaqlar üçün təhlükəlidir:

"Dondurmaları mənfi 18 dərəcədə ancaq anbar şəraitində saxlamaq olar. İstehlakçı qablaşdırmada olan dondurmadan aldığı zaman əvvəlcə onun qabına fikir versin. Əgər qablaşdırmada əziklik, köhnəlmə varsa, belə məhsulu almasınlar. Əgər dondurma istilik temperaturuna düşüb, daha sonra dondurulubsa, bu, həddən artıq təhlükəlidir. Çox təəssüflə deyə bilərəm ki, bu sahəyə də heç kəs nəzarət etmir, monitorinq keçirmir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol