• $
  • €
  • ₽
  • ₺
  • £

Yol kənarında təklükəli söküntü

Yol kənarında təklükəli söküntü
12.05.2018 15:00
Avtomobil yolunun kənarında tikintisi yarımçıq dayandırılan bina heç bir təhlükəsizlik tərbirləri görülmədən sökülür.

Axar.az xəbər verir ki, Sabunçu rayonu Bəşir Bünyadov küçəsində, "Koroğlu” stansiyasından məhəllələr arasına gedən yolun kənarında təhlükəli vəziyyət yaranıb. Uzun müddət əvvəl tikintisinə başlanılan hündürmərtəbəli binanın tikintisi dayandırılıb. Hansı səbəbdən tikintisinə qadağa qoyulduğu məlum olmayan bina hazırda sökülməkdədir. Təxminən 9 mərtəbəsi inşa edildikdən sonra tikintisi dayandırılan binanı cəmi bir traktor sökür. Bir aydır ki, sözügedən bina heç bir təhlükəsizlik tədbirləri görülmədən yerlə yeksan edilib.

Tikilini magistral yoldan 2-3 metr eni olan səki ayırır. Söküntü zamanı binanı ən üst qatından tökülən irili-xırdalı tikinti daşları səkiyə sökülür, hətta yolun yarısına qədər də gəlib çıxır. Sözügedən tikilinin yanından keçərkən bütün avtomobillər ya sürəti artırır, ya da qarşıdan gələn avtomobillərin yoluna girərək dairəvi yola yaxın yerdən getməli olurlar.

Binanın artıq əksər mərtəbələri sökülsə də, dağıntılar yol boyu səpələnib, hətta bütün səkini də tutub. Hətta binanın yaxınlığından keçərkən öz üstünüzə və avtomobilinizin üzərinə tikinti daşının düşmə ehtimalı da var .

Əvvəlcə tikinti, daha sonra isə tikintinin hansı şirkət tərəfindən aparıldığı məlum deyil. Heç tikilinin kənarlarında da işlərin hansı şirkət tərəfindən aparıldığı, narahatçılğı kimin yaratdığı qeyd olunan qoruyucu lövhələr vurulmayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol