• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir əlil gəncə vəzifə verdi

Nazir əlil gəncə vəzifə verdi
14.05.2018 12:32
Nəqiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iki gözü və bir qolu olmayan gənc əlilə vəzifə verib.

Bu barədə Unikal.org-a Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova məlumat verib. O vurğulayıb ki, nazir Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirmiş 1989-cu il təvəllüdlü Qədir Zakir oğlu Qurbanovu Yasamal rayon 2 saylı poçt filialında mühəndis vəzifəsinə təyin edib.

R.Cəfərova vurğulayıb ki, bir müddət əvvəl Qədir Zakir oğlu Qurbanovun işlə təmin olunması üçün nəqiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə müraciət etdik: "Cənab nazir dərhal Q.Qurbanovla bağlı xüsusi göstəriş verdi və o, Yasamal rayon 2 saylı poçt filialında mühəndis vəzifəsinə təyin olundu. Qədir Qurbanov iki gözü və bir qolu olmamasına baxmayaraq işini bilən savadlı oğlandır”.

Məsələ ilə bağlı Qədir Qurbanovun özü də məlumat verib. O, öncə təyinatına görə, nəqiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə özü və ailəsi adından təşəkkür edib: "Atam hazırda təqaüddə olan polis mayorudur. Füzulidə gedən döyüşlər zamanı atam da iştirak edib. 5 yaşımda atamı görmək üçün onun yanına getmişdim. Böyük Bəhməni kəndində ermənilərin atdığı mərmi yanımda partladı. Nəticədə iki gözümü və bir qolumu itirdim. Əlil olmağıma baxmayaraq daima təhsilimlə maraqlanıram. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirmişəm. Cənab nazir məni işlə təmin etdi”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol