• $
  • €
  • ₽
  • ₺
  • £

Səlim Müslümova cinayət işi açılılır?

Səlim Müslümova cinayət işi açılılır?
15.05.2018 12:20
"Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” rəsmi hesabatında Azərbaycanda vəfat etmiş 181 nəfərə qanunsuz olaraq pensiya yazıldığı açıqlanıb.

Sənəddə göstərilib ki, aparılmış audit tədbirləri 2016-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlərin və xərclərin icra vəziyyətini əhatə edib. Hesabatda bildirilib ki, qeyd olunan dövrdə qeyri-büdcə sektoru üzrə debitor borcların aradan qaldırılması istiqamətində Fondun fəaliyyəti həmin tədbirləri tam əhatə etməyib.

Auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxsin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

Dövlət Sosial Müdafiə Fondu uzun illər eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun birbaşa nəzarətində olub.

Bu fakt cinayət işinin başlanması üçün əsas ola bilərmi?

Modern.az-ın bu qəbildən olan suallarını tanınmış vəkil Cavad Cavadov cavablandırıb.

Hüquqşünas deyib ki, Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən Hesablama Palatasının açıqladığı hesabatdakı məlumatlar cinayət işinin başlanması üçün birbaşa əsasdır:

""Hesablama Palatası haqqında” Qanuna və nizamnaməsinə görə, qurum faktları Baş Prokurorluğa təqdim etməyə borcludur. Çünki burada birbaşa cinayətin əlamətləri var. Bu sadə deyil, açıq-aşkar korrupsiya cinayətləridir”.

C.Cavadov bildirib ki, faktlara görə konkret məsuliyyət daşıyacaq şəxslərin aydınlaşdırılması, cinayət törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istintaq orqanın səlahiyyətidir:

"Amma fakt olaraq ölmüş şəxslərin adına pensiya yazılması açıq-aşkar cinayətdir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol