• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti komitə sədrini dəstəklədi

Xalq artisti komitə sədrini dəstəklədi
15.05.2018 15:46
Tanınmış sənətçi, Xalq artisti Bəsti Cəfərovadan xanım millət vəkilinin səsləndirdiyi təklifə dəstək gəlib.

Anews.az-ın xəbərinə görə, Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin mayın 15-də keçirilən iclasında adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda ölüm hökmünün bərpasına yönəlik fikirlər səsləndirib.

"Zorakılığın qurbanı olan uşaqları görəndə, dəhşətə gəlirik. Bilmirsən, yeməkdəndir, içməkdəndir, yoxsa tərbiyədən? Belə vəhşiliklərin qarşısı alınmalıdır. Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik.

Beş yaşında uşağın zorakılığa məruz qalması dəhşətdir. Bunu edən insana həbs cəzası yetərmi? Əlbəttə ki, yox, elələrinə ölüm cəzası verilməlidir”, - deyə uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayan komitə sədri əlavə edib.

Qısa bir zamanda xanım millət vəkilinin təklifinə müsbət reaksiyalar gəlib.

"Facebook” və digər sosial şəbəkələrdə əksəriyyət bu məsələdə A. Naxçıvanlı ilə həmrəyliyini ifadə edib. Həmin şəxslər arasında tanınmış aktrisa, Xalq artisti Bəsti Cəfərova da var. O, öz şərhində bunları yazıb: 

"Deputat xanımın fikri ilə tam razıyam. Həm adi insan kimi, həm ana kimi düşünürəm ki, nəinki beş yaşlı uşağa, ümumiyyətlə, uşaqlara əl uzadanlara həbs cəzası çox azdır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol