Palatanın hesabatı icra başçılarını təşvişə salıb: Kimlər gedir?

Prezident seçkilərindən sonra yeni formalaşan Nazirlər Kabinetində ciddi kadr dəyişiklikləri oldu. Prezidentin fərmanları ilə üç nazir, üç komitə sədri, baş nazirin iki müavini vəzifələrindən azad olundular. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu da boşaldı.
AZXEBER.COM-a daxil olan məlumata görə, yaxın günlərdə icra başçıları ilə bağlı məsələyə baxılacaq və onların əvəzlənməsi prosesinə start veriləcək.
İlkin olaraq adı ən çox qalmaqallda hallanan və eks-nazirlərin yaxın adamı kimi tanınan icra başçıları öz postları ilə vidalaşmalı olacaqlar.
Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatı isə 3 icra başçısını çıxılmaz duruma salıb. Belə ki, palata Mingəçevir şəhər, Lənkəran və İsmayıllı rayon icra hakimiyyətlərində maliyyə nöqsanları aşkarlanıb.
İnformasiyada qeyd olunur ki, adı çəkilən rayonların rəhbərləri digər rayonlara təyinat alacaqlarını gözləsələr də, bu hesabatla çıxılmaz duruma düşüblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























