• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirdlər niyə repititorlardan imtina edir? - Ekspert

Şagirdlər niyə repititorlardan imtina edir? - Ekspert
28.05.2020 23:17

Universitetlərə qəbul balının aşağı salınması və digər bu kimi güzəştlərin tətbiq edilməsi repititor yanına gedən tələbələrin sayına da ciddi təsir edir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov repititorlara müraciət edən abituriyentlərin sayının azalması haqda danışarkən deyib. Ekspert qeyd edib ki, son vaxtlar abituriyentlərin repititorlara az müraciət etməsinin digər səbəbi onların xidmət haqlarının yüksək olmasıdır:

"Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repititorlar daha yüksək qiymət xidmət haqqı təklif edirlər. Valideynlər isə daha ucuz yol axtarır. Yəni valideyn iki repitirora 200 manat verməkdənsə, kursa, tədris mərkəzinə 5 fənnə göndərir övladını və iki repititora verdiyi xidmət haqqını bütövlükdə kursa ödəməklə, daha ucuz təklifdən istifadə edir. Bundan başqa, son dövrlərdə qəbul imtahanlarında baş verən dəyişiklikləri repititorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müraciət etməli olurlar”.

K.Əsədov bildirib ki, bəzi abituriyentlər hazırda diplom xatirinə aşağı reytinqli ali təhsil ocaqlarında oxuyurlar:
"Hazırkı dövrdə təhsil, savad önəmlidir. Cəmiyyətimizdə isə belə fikir formalaşıb ki, övladları harada oxuyur oxusun, təki diplomu olsun. Bunun üçün 150-200 ballıq ixtisaslarla razılaşırlar. Bəllidir ki, 150-200 balla tələbələrin daxil ola bildiyi ali təhsil müəssisələrində təhsilin keyfiyyəti o qədər də yüksək deyil. Diplom xatirinə oxuyan bu tələbələr üçün təhsilin keyfiyyətinin heç bir fərqi yoxdur. Ona görə də tələbələr aşağı balla qəbul olacaqlarına inandıqları üçün artıq repititor yanına getməyə ehtiyac duymurlar və bu da repititorlara ehtiyacı azladan faktdır”.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol