• $
  • €
  • ₽
  • ₺
  • £

Ərizə qəbulu sistemi yenidən aktiv edilib

Ərizə qəbulu sistemi yenidən aktiv edilib
17.05.2018 12:45
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, mayın 17-dən iyunun 14-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda qeyd olunan tarixlərdə qeydiyyatdan keçməlidirlər.

Təsdiq olunan elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.

29 mart – 30 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (həm cari, həm də əvvəlki illərin məzunları) ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun regional bölmələrində yaradılacaq SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-IV (yalnız ikinci imtahanda iştirak etmək şərtilə), V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər. Bu kateqoriyadan olan rus bölməsinin abituriyentləri isə mayın 29-dək elektron ərizələrini təsdiq etməlidirlər ki, 10 iyun tarixində keçiriləcək Azərbaycan dili fənni üzrə imtahanda iştirak edə bilsinlər.

22 aprel 2018-ci il tarixində rus bölməsi abituriyentləri üçün keçirilmiş "Azərbaycan dili” fənni imtahanında "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər də ikinci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Elektron ərizələrini 11-30 aprel tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə "Azərbaycan dili” fənni imtahanına birbaşa olaraq qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol